Elektrik Təchizatının və Energetika Sənayesinin Layihələndirilməsi
Layihələrə yanaşma hər zaman onların icrasına tam nəzarət edilməsinə imkan verən və fasiləsiz, qüsursuz və sürətli fəaliyyət və nəticələrin əldə olunmasını təmin edən müəssisə- və bütün sistemə fokuslanır.
Sözügedən qurğu üçün (xüsusilə köçürülmə və təkmilləşdirmə layihələri üçün) səmərəli və ən münasib planı müəyyənləşdirmək məqsədilə texniki həll yolları sifarişçi ilə birlikdə ətraflı şəkildə dəyərləndirilərək qərarlaşdırılır.
Texniki-iqtisadi əsaslandırmalar, Büdcə Hesablamaları, Qiymətləndirmələr və Auditlər qurğunun dəqiq vəziyyətini aydınlaşdırmaq məqsədilə aparıla və təqdim edilə bilər/aparılmalı və təqdim edilməlidir. Hal-hazırda istənilən elektrik stansiyası, qurğu və avadanlığın istismarı getdikcə ekoloji aspektlər və startegiyaların tətbiqinə əsaslanmalıdır; bu səbəbdən o, avadanlıq və elektrik stansiyasının ümumi funksionallığı ilə birbaşa əlaqəlidir.
Yuxarıda qeyd olunan yanaşma və tədqiqlərə əsasən NAOY-un yerli əməkdaşları, xarici mütəxəssislər və müxtəlif mənbələrdən yararlanmaqla layihə və yaxud qurğunun səmərəliliyi və iqtisadi baxımdan əlverişliliyi daha da arta bilər ki, bu da sifarişçinin yalnız bir mənbə və ümumi təchizatçıdan lazımı xidmətləri əldə etməsinə imkan verir; NAOY.
Tələb olunduğu halda hətta daha uzun müddətə texniki xidmət və zəmanətli xidmətlər də təmin edilə bilər. Təlim və istismar zamanı dəstək göstərilən xidmətlərə əlavə edilə bilər (adətən əlavə edilir) və yaxud onlar yalnız xüsusi tapşırıq və məsələlər üzrə tələb edildikdə təşkil edilə bilər.
HFO/LFO və qazla işləyən işəsalma mühərrikləri/porşenli mühərriklərə malik qurğular, enerji blokları və gəmilər çoxillik təcrübəyə malik Northern Automation Oy şirkətinin əsas təcrübəsi sahəsi və fəaliyyət istiqamətidir.
Müxtəlif layihə və qurğuların mühəndis-texniki layihələndirilməsi.
Mexaniki və Mülki tikintilər/xidmətlər; boru sistemi, aqreqatlar, prosedurlar, konstruksiyalar.
Güc Qurğusunun Köçürülməsi, İş Rejiminin Yaxşılaşdırılması və Təşkili. Alternativ yanacaqlar daxil olmaqla yanacaq növünün dəyişdirilməsi.
Quraşdırma üzrə Mütəxəssislər (Çilingər-quraşdırıcılar, Qaynaqçılar, Elektromexaniklər,Logistika üzrə mütəxəssislər).
Layihə / Qurğuya nəzarət edən, istifadəyə buraxan və sınaqdan keçirən işçi heyəti.
Layihə / Qurğunun İdarəedilməsi (Layihə & İnşaat Menecerləri.)
Qərəzsiz və neytral üçüncü tərəfin apardığı yoxlama və tədqiqatlar.
Sahibkar və yaxud konstruktorun layihəsi üzrə texniki-ticari məsləhətləşmələr, layihənin idarəedilməsi.