Modul tipli güc qurğuları
Modul tipli güc qurğuları xüsusilə uzaq yerlərdə müxtəlif məqsədlər üçün etibarlı və effektiv həll yoludur. Güc qurğusunun modul strukturu onun sifarişçinin istəklərinə uyğunlaşdırılmasına imkan verir.
Güc qurğusunun konstruksiyası və spesifik xüsusiyyətləri
Modullar zavodda istehsal edilərək sınaqdan keçirilir ki, bu da onların istismar yerində tez quraşdırılmasına imkan yaradır.
Modulların konstruksiyası istismar yerində geniş qazıntı işləri tələb etmir.
Modulları ağır texnika və avadanlıqların daşına bilinmədiyi, olduqca uzaq və çətin gedilən ərazilərə aparmaq mümkündür.
Modulların ölçüsü adi konteyner ilə (20 ft-dan 40 ft-a qədər) xüsusi sifarişlə hazırlanmış aqreqatların ölçüləri arasında dəyişir.
Keçirici və idarəetmə bloku da modulardır; komponentləri ayrı-ayrılıqda hazırlanmış, istehsal edilmiş və zavodda sınaqdan keçirilmişdir (komponentlar istismar yerində yığılır).
Yerli şəraitə uyğunlaşdırılmışdır; ətraf mühit temperaturu, hündürlük, səs səviyyəsi, yanacaq çənlərinin tutumu, nəzarət-ölçü cihazları və avtomatika vasitələri və digər bütün amillər nəzərə alınmışdır.