Rentabelliyin qiymətləndirilməsi və texniki-iqtisadi əsaslandırma

Rentabelliyin qiymətləndirilməsi və texniki-iqtisadi əsaslandırma lazımsız investisiyaları və tətbiqləri önləmək üçün ən səmərəli və ən münasib həll yoludur. Layihələndirmə mərhələsində layihənin əlverişliliyini müəyyənləşdirməyin ən mükəmməl yolu tədqiqatların aparılmasıdır.

Texniki-iqtisadi əsaslandırma müəyyən bir layihənin təhlil çərçivələrini ətraflı şəkildə əks etdirən müfəssəl bir hesabatdır. Əsaslandırma zamanı layihə planları, proseslər, resurslar, hüquqi aspektlər, qanun və standartların tələbləri, potensial risklər və zəif nöqtələr, məhdudiyyətlər (layihəni planlama, xərclər və keyfiyyət standartları) nəzərə alınır. Burada məqsəd layihənin davam etdirilməsinin mümkün olub-olmadığını və yaxud onun yenidən layihələndirilməsinə və ya tamamilə ləğv edilməsinə zərurət olub-olmadığını müəyyənləşdirməkdir.